"Kəpəz" qışda "Səbail"dən icarəyə götürdüyü Amil Yunanovla bağlı qəti qərarını verməyib.
Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi yeni mövsüm üçün onunla müqavilə imzalamaq niyyətində deyil.
Premyer Liqa klubu komandaya başqa forvardın cəlb olunmasına çalışır. İstənilən hücumçu tapılmayacağı təqdirdə isə, Yunanovla komandada qalması üçün danışıqlar aparılacaq. Hələlik isə Amilin "Kəpəz"dəki gələcəyi qeyri-müəyyən olaraq qalıb.
saytlarin hazirlanmasi