"Barselona"dan ayrılacaq, Kataloniyanı tərk etməyəcək

16:17 - 16 İyun 2024

"Barselona"nın kapitanı Serxi Roberto yeni sezona yeni komandada başlayacaq.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçiy "Jirona" ilə danışıqlar aparır.

Kataloniyanın digər təmsilçisi olan "Jirona"nın 32 yaşlı futbolçu ilə razılıq əldə etdiyi bildirilir.

"Valensiya"nın da transfer siyahısında olan Roberto Kataloniyan tərk etməmək üçün "Jirona" seçiminə üstünlük verəcək.

Roberto yalnız "Barselona"da oynayıb. O, əsas komandada 2010-cu ildə debüt edib.

Xəbər xətti