Diniyevin komandasında yeni baş məşqçi

17:22 - 16 İyun 2024

"Ümraniyespor"un yeni baş məşqçisinin adı bəlli olub. 

Sportal.az xəbər verir ki, komanda Tuncay Şanlıya tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, son olaraq “Sakaryaspor”da baş məşqçi kimi çalışıb.

Bu komandada Azərbaycan millisinin üzvü Coşqun Diniyev forma geyinir.

Yarımmüdafiəçi ötən mövsümdə 33 matçda oynayıb. Coşqunun klubla müqaviləsi iyunun sonuna qədərdir. 

Xəbər xətti