"Mançester Yunayted"dən İspaniya millisinin üzvü üçün 37 milyonluq təklif

12:54 - 17 İyun 2024

"Mançester Yunayted" yeni mövsüm üçün yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Real Sosyedad"da çıxış edən martin Zubimendini transfer etmək istəyir. Bu barədə "Nacional" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün 37 milyon funt-sterlinqlik təklif göndərməyə hazırlaşır. Futbolçunun sərbəstqalma məbləği 50 milyon funt-sterlinqdir.

Qeyd edək ki, "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü başa çatan mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti