De Zerbi Fransa klubunu çalışdıracaq

14:14 - 17 İyun 2024

"Brayton"dan ayrılan Roberto De Zerbinin yeni iş yeri müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, italyan mütəxəssis Fransada çalışacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Liqa 1 təmsilçisi 45 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Roberto De Zerbi 2022-2024-cü illərdə "Brayton"a rəhbərlik edib.

Xəbər xətti