Portuqaliya millisinin üzvü klubsuz qaldı

15:46 - 18 İyun 2024

Portuqaliya millisinin üzvü Pepe "Porto"da qalmayıb.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, təcrübəli futbolçu Portuqaliya klubu ilə yollarını ayırmayıb.

41 yaşlı müdafiəçiyə yeni müqavilə təklif etməyib.

Pepe ötən mövsüm 34 matçda 3 qol vurub, 2 qol asist edib.

41 yaşlı müdafiəçi “Maritimo”, “Real”, “Beşiktaş”da da oynayıb. O, 2004-2007-ci və 2019-2024-cü illərdə “Porto”nun şərəfini qoruyub.

Xəbər xətti