"Eqnatiya"nın baş direkrotu Kleydi Zenelay Sportal.az saytına açıqlama verib.
Albaniya klubunun rəsmisi ötən mövsümü "Araz-Naxçıvan"da keçirmiş Zamiq Əliyevin transferi barədə danışıb:
"Zamiqi transfer etdiyimizə görə şadıq. Onunla rəsmi müqavilə imzaladıq. Zamiqin əvvəlki klubu ilə müqaviləsi başa çatmışdı. Bu futbolçunu uzun müddət idi ki, izləyirdik. Azad agent statusuna yiyələndikdən sonra Zamiqi heyətimizə qatdıq. Danışdıq və razılaşdıq. İndi müasir futbolda sol mərkəz müdafiəçisinin mövqeyi çox önəmlidir. Biz Zamiqi yüksək səviyyədə oynaya biləcək oyunçu kimi görürük. Böyük perspektivi var. Biz öz seçimimizə inanırıq. Komandamıza, baş məşqçimizin fəlsəfəsinə cavab verir. Hər şey yaxşı olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi