"Barselona" bu futbolçunu sabiq komandasına satacaq

16:46 - 18 İyun 2024

"Barselona" futbolçulardan birini satmağa hazırlaşır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubu Oriol Romeunu "Jirona"ya satacaq.

Kataloniyanın digər təmsilçisi Romeu üçün "Barsa"ya 4 milyon avro ödəməyə hazırdır.

Çempionlar Liqasında İspaniyanı təmsil edəcək "Jirona" artıq danışıqlara başlayıb. 

32 yaşlı yarımmüdafiəçinin hazırkı komandası ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

O, 2023-cü ildə "Jirona"dan "Barsa"ya keçmişdi.

Xəbər xətti