"Atletiko" Morataya əvəzləyici tapdı

20:55 - 18 İyun 2024

"Atletiko" komandadan ayrılacağı gözlənilən Alvaro Morataya əvəzləyici tapıb.

Sportal.az xəbər verir ki, Maksimilian Beyeri transfer etmək istəyir. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.

Madrid təmsilçisi hazırda Almaniya yığması ilə Avro-2024-də iştirak edən forvard üçün turnir bitdikdən sonra rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Maksimilian Beyer son mövsümdə "Hoffenhaym"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti