Azərbaycan millisinin yarımmüdafiəçisi komandasını dəyişəcək? - özü açıqladı

15:18 - 19 İyun 2024

Azərbaycan milli komandasının üzvü Emil Mustafayevin yeni mövsümə “Polesye”də yoxsa, başqa klubda başlayacağı hələ ki, dəqiq deyil. Məsələ burasındadır ki, gənc futbolçuya həm Azərbaycan klublarından, həm də Avropa klublarından maraq çoxdur.

Sportal.az saytına açıqlama verən Mustafayev “Polesye”də oynadığı üçün şad olduğunu bildirib:

“Düzünü deyim, mənə hansısa klubdan konkret təklif olmayıb. Mətbuatda yazılanları oxuyuram. Hansısa klublardan maraq ola bilər. Lakin heç bir konkret təklifim olmayıb. “Polesye”də oynadığım üçün şadam. Bütün fikrimi hazırkı komandama yönəltmişəm”.

22 yaşlı yarımmüdafiəçi 2023-cü ildə iyulun 1-də “Aleksandriya”dan ayrılaraq “Polesye” ilə dörd illik müqavilə imzalamışdı.

Xəbər xətti