PSJ-dən gənc futbolçu üçün 18 milyon avroluq təklif

21:57 - 19 İyun 2024

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Lion"da çıxış edən Rayan Çerkini transfer etmək istəyir. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

PSJ 20 yaşlı yarımmüdafiəçi üçün onun klubuna 15+3 milyon avroluq rəsmi təklif göndərib. Keçidin qısa müddət ərzində tamamlanacağı bildirilir.

Qeyd edək ki, Rayan Çerki "Lion"un yetirməsidir. Fransa U-23 millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti