"Neftçi"dən ayrılan futbolçu Rusiya klubunda

17:36 - 20 İyun 2024

"Neftçi" ilə müqaviləsi başa çatan Reziuan Mirzovun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, rus vinger karyerasını ölkəsində davam etdirəcək. Bu barədə "Championat.com" saytı məlumat yayıb.

30 yaşlı futbolçu Rusiya Premyer Liqasına vəsiqə qazanan "Ximki" ilə anlaşıb. Təcrübəli oyunçu Moskva təmsilçisi üçün tibbi müayinədən keçib. Onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Reziuan Mirzov 2023/2024 mövsümündə "Neftçi"də çıxış edib. Rusiya millisinin sabiq üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti