Azərbaycan millisinin üzvü Rusiya klubu ilə müqavilə imzaladı

21:46 - 21 İyun 2024

Azərbaycan millisinin üzvü Ayşən Əhmədova karyerasında dəyişiklik edib.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçi PAOK-dan ayrılıb.

Yunanıstanda çempion olduğu klubdan ayrılan Əhmədova legioner həyatına davam edəcək.

Belə ki, millimizin futbolçusu "Krılya Sovetov"la anlaşıb.

Əhmədova 2024/2025 mövsümünün sonuna qədər Premyer Liqa klubuna məxsus olacaq.

Xəbər xətti