Türkiyə klubu Dadaşovu transfer etmək istəyir

15:17 - 23 İyun 2024

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov yeni mövsümə Türkiyədə başlaya bilər.

Sportal.az "Çağdaş Kocaeli"yə istinadən xəbər verir ki, yeni mövsümdə Superliqaya vəsiqə qazanmaq niyyətində olan "Kocaelispor" İsveçrənin "Qrasshopper" klubuna məxsus olan hücumçu ilə yaxından maraqlanır. 

Hazırda tərəflər arasında danışıqlar davam edir.

Xatırladaq ki, İzmit klubunda hazırda millimizin digər üzvü Ramil Şeydayev forma geyinir.

Əlavə edək ki, Renat Dadaşov ötən mövsümü "Hatayspor"da icarə əsasında oynayıb və 33 matçda 6 qol vurub.

Xəbər xətti