AFFA-nın Azərbaycan millisinə cəlb etmək niyyətində olduğu “Dnepr-1”in futbolçusu Ramik Hacıyev may ayında 2005-2007-ci il təvəllüdlülər arasında Ukraynanın ən yaxşı futbolçuları arasında yer alıb.
Sportal.az “Dynamomania”ya istinadən xəbər verir ki, Hacıyev “Qızıl istedad” layihəsinə görə ilk üçlüyə daxil olub.
Xatırladaq ki, Hacıyev aprel reytinqində ən yaxşı layihələr arasına düşmüşdü.
Qeyd edək ki, Hacıyev bir müddət əvvəl Sportal.az saytına açıqlamasında bunları demişdi: "Bəli, əslən azərbaycanlıyam. Həm anam, həm də atam oradandır. Sadəcə, iki yaşım olarkən ailəmlə birlikdə Azərbaycandan Ukraynaya gəlmişik". Futbolçu həmin vaxtı Azərbaycan, yoxsa Ukrayna yığmasına üstünlük verəcəyi ilə bağlı çox danışmaq istəməməsinə belə aydınlıq gətirmişdi: "Mən hələ ki, oynamalıyam. Oynamağa başlayandan sonra danışaram".
saytlarin hazirlanmasi