Polşa mətbuatı Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun “LKS Lodz”u tərk edəcəyini yazıb.
Sportal.az xəbər verir ki, bu barədə “Łódzki Sport” saytı məlumat yayıb.
Polşalı həmkarlarımız məsələ haqda bunları yazıb:
“Bir mərkəz müdafiəçisi artıq klubu tərk edib. Söhbət Oskar Koprovskidən gedir. Bundan başqa, Adrien Luvo da komandadan gedə biləcəklər siyahısındadır. Keçən həftə isə Rahil Məmmədov məşqə çıxmadı, bu da onun başqa komandaya getməsi ehtimalının yüksək olduğunu göstərir".
Qeyd edək ki, 28 yaşlı futbolçu bu il yanvarın 20-də “LKS Lodz”la müqavilə imzalamışdı. O, 2025-ci il iyunun 30-na qədər Polşa klubuna məxsusdur. Lodz təmsilçisi ötən mövsümün yekunlarına görə yüksək liqanı tərk edib.
saytlarin hazirlanmasi