Ukrayna mətbuatı Roman Qriqorçukun "Neftçi"yə keçəcəyindən yazarkən, onun hələ də baş məşqçisi olduğu "Çernomorets"in ilk yay təlim-məşq toplanışında iştirak etmədiyini də xüsusi vurğulayıb.
Sportal.az xəbər verir ki, “Sport.ua” ukraynalı mütəxəssisin Bakı klubu ilə anlaşdığını da iddia edib:
"İyunun 25-də Savinyondakı klubun bazasında keçirilən ilk məşqdə Odessa klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq baş məşqçi Roman Qriqorçuk iştirak etmirdi. Onun ən yaxın köməkçisi, "Çernomorets"də ilk işlədiyi vaxtdan Qriqorçukla birlikdə olan Mixail Savka da məşqdə yox idi. Qriqorçukun olmaması iki səbəblə bağlıdır. Onlardan biri “Çernomorets”lə müqavilənin mümkün uzadılması məsələlərinə, digəri isə Azərbaycanın ən məşhur klubu olan “Neftçi”nin sükanı arxasına keçmək təklifinin alınmasıdır. Roman Qriqorçukun hansı klubu çalışdıracağı yaxın vaxtlarda məlum olacaq”.
saytlarin hazirlanmasi