“Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Urfan İsmayılovu heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
İsmayılov ötən mövsüm “Qaradağ Lökbatan”ın formasını geyinib. O, bunadək “Rəvan-2”, “Zirə-2”, “Şamaxı” və “Səbail”də çıxış edib.
Qeyd edək ki, “Qəbələ” Urfana qədər müdafiəçi Vüqar Həsənovu heyətinə qatıb.
saytlarin hazirlanmasi