“Neftçi” peşəkar futbol klubu loqosunu müasirləşdirib.
Sportal.az xəbər verir ki, müasirləşdirilmiş loqo klubun rəsmi media kanallarında təqdimat videosu ilə nümayiş etdirilib. 20 ildən sonra tarixində beşinci dəfə müasirləşən loqo günün dizayn trendlərinə uyğun hazırlanıb.
Rebrendinq zamanı futbol sahəsindəki məşhur və yaddaqalan imic dəyişikliyi halları öyrənilib, bu istiqamətdə ixtisaslaşmış dizaynerlərin işləri nəzərdən keçirilib. Həmçinin “xalqın komandası” adlandırılan “Neftçi"nin Azərbaycanın ən köklü klubu olması da diqqətdə saxlanılıb.
Klubun daha çox ilk emblemindən ilhamlanaraq müasirləşdirilən loqo dövrün tələblərinə uyğunlaşdırılıb. Belə ki, “Neftçi” PFK-nın ilk embleminin konturlarından, klubun adının baş hərfi olan “N” hərfi və neft buruqlarından istifadə edilərək brendin əsas vizual atributu hazırlanıb. Bununla da klubun köklərinə və ənənələrinə sadiqlik nümayiş etdirilib, eyni zamanda simvola daha modern və cəlbedici görünüş verilib. Klubun ənənəvi ağ-qara rəngləri fonunda hazırlanan loqo emblem tərzindədir.
Müasirləşən loqonun verdiyi mesajda köklərə bağlılıqla yanaşı, nəsillərarası güclü əlaqə də öz əksini tapıb. Təsadüfi deyil ki, yeni sloqan da bu iki amili özündə birləşdirir:
İllərin “Neftçi”si
Gələcək nəsillərin “Neftçi”si!
saytlarin hazirlanmasi