"Dinamo"nun hücumçusu Mahir Emreli "Qarabağ"a keçə bilər.
Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan millisinin hücumçusu üçün "Dinamo"ya təklif göndərib.
"Germanijak" portalı məsələ haqda bunları yazıb:
"Mahir Emrelinin də komandadan ayrılacağı gözlənilir. "Qarabağ"ın təklifi hələ də qüvvədədir. Azərbaycanlı hücumçunun nəhayət ki, getməyə razı olub-olmayacağını yaxın vaxtlarda görəcəyik".
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi