Azərbaycan millisinin qapıçısı Qazaxıstana yollana bilər

11:49 - 27 İyun 2024

Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli karyerasını yenidən ölkə xaricində davam etdirə bilər. 

Sportal.az xəbər verir ki, ötən mövsümü "Atırau"da keçirmiş 33 yaşlı qolkiper hazırda Qazaxıstanın klubu ilə danışıq aparır.

Hüseynlinin danışıq apardığı klub yüksək liqada mübarizə aparır.

Tərəflərin tezliklə razılığa gəldiyi gözlənilir. 

Xəbər xətti