"Kəpəz" sabiq futbolçusunu geri qaytarıb.
Sportal.az saytına verilən məlumata görə, GƏncə klubu Nicat Süleymanovla anlaşıb.
Adil Şükürov onu sərəncamında görmək istəyib. Artıq tərəflər arasında razılıq əldə edilib. Süleymanov ötən mövsümü “Araz-Naxçıvan”da keçirib.
1998-ci il təvəllüdlü futbolçunun Naxçıvan klubu ilə müqaviləsi bu ayın sonunda başa çatacaq. “Bakı”nın yetirməsi olan futbolçu “Qarabağ”, “Zirə”, “Turan Tovuz” və “Kəpəz”də də çıxış edib.