Millimizin üzvünə İran və Cənubi Koreya klubları təklif göndərib

10:37 - 29 İyun 2024

Bir müddət əvvəl Türkiyənin "Ümraniyespor" klubundan ayrılan Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyev özünə yeni klub axtarışındadır.

Sportal.az saytına verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçinin Türkiyə Birinci Liqa klubu ilə “1+1” sistemi ilə müqaviləsi var idi.

Lakin tərəflər arasında danışıq baş tutmadığından Diniyev azad agent statusuna yiyələnib. Amma klubun ona hələ də 5 aylıq maaş borcu var. Futbolçunun nümayəndəsi artıq bu məsələ ilə bağlı FİFA-ya müraciət edib.

Qarşıdakı həftə isə Coşqun Diniyev yeni sezona harada başlayacağına qərar verəcək. Ona Türkiyə Birinci Liqası klubu, həmçinin İran, Rusiya və Cənubi Koreya komandalarından təklif var.

Xəbər xətti