Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" yeni mövsümün hazırlığı çərçivəsində yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, Albaniya çempionu Sloveniyanın "Maribor" klubu ilə qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.
Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi yeni komandasında debüt edib.
Qeyd edək ki, Zamiq Əliyev "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi