"Neftçi" sabiq futbolçusunu geri qaytarmaq istəyir.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, söhbət 2020/22-ci illəri "ağ qaralar"da keçirmiş Sabir Buqrindən gedir.
Mərakeşli legioner hazırda "Raja Kasablanka" klubunda çıxış edir.
27 yaşlı yarımmüdafiəçi son mövsüm vətənində keçirdiyi 30 oyunda 2 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
2020/2021-ci il mövsümündə paytaxt klubu ilə Azərbaycan çempionu olan Sabirin Tunisin "Esperans"a klubuna keçidindən "ağ qaralar" 300 min dollar gəlir əldə edib.
O, "Neftçi" formasında keçirdiyi 49 matçda 6 qol, 7 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi