"Qəbələ"dən bir müddət əvvəl ayrılan braziliyalı müdafiəçi Lukas Afriko özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi Portuqaliyanın yüksək liqasında çıxış edən "Farense" klubuna keçib.
Afriko, keçən yay Portuqaliyanın “Eştoril” klubundan “Qəbələ”yə keçmişdi.