Azərbaycan millisinin qolkiperi "Astana"da

21:24 - 30 İyun 2024

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin hansı komandada oynayacağı bəlli olub.

Sportal.az saytına verilən məlumata görə, 33 yaşlı qolkiper Qazaxıstanda çıxış edəcək. 

O, "Astana" ilə razılıq əldə edib. Hüseynli Qazaxıstan klubu ilə bir illik müqavilə imzalayacaq. Qeyd edək ki, millimizin üzvü son olaraq "Atırau"da oynayıb.

Xəbər xətti