Azərbaycanlı futbolçu Nazim Məmmədzadə Latviyada çıxış edəcək. Belə ki, 23 yaşlı yarımmüdafiəçi bu ölkənin “Qrobinya” klubu ilə anlaşıb.
Sportal.az saytına açıqlama verən Məmmədzadə keçidin təfərrüatlarından danışıb:
"Bəli, artıq "Qrobinya"a ilə anlaşmışam. Ötən mövsümə "İrəvan"da başladım. Ancaq hamı bilir ki, hansı problemlərlə üzləşdik, nələr baş verdi. Ondan sonra isə MOİK-ə keçdim və orada sezonun sonuna qədər oynadım. Mövsümü də üçüncü pillədə başa vurduq. Bu yaxınlarda isə menecerim əlaqə saxladı və bu cür variantın olduğunu dedi. Mən də Latviyaya yollanmaq təklifinə pozitiv yanaşdım".
O, Latviya klubunda uzun müddət qalıb-qalmayacağı haqda isə belə danışıb: "Müqaviləm noyabra qədərdir. Burada mövsüm həmin ayda başa çatacaq. Hər şey yaxşı olsa, komanda da yüksək liqada qalsa, müqaviləmin müddətini artırmaq haqda danışıqlar olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi