Milli komandamızın üzvü toplanışa qatılmadı - ayrıla bilər

18:21 - 1 İyul 2024

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov “LSK Lodz”da qalıb-qalmayacağı dəqiqləşməyib.

Sportal.az “Łódzki Sport”a istinadən xəbər verir ki, müdafiəçi Polşa klubunun yay təlim-məşq toplanışına yollanmayıb.

Halbuki bu gün Lodz təmsilçisinin “Vole Xojelovske”də toplanışına start verilib. Yaxın günlərdə Rahilin yeni sezona harada başlayacağı dəqiqləşəcək.

Məmmədovun xidmətində "Sabah" və "Neftçi" klubları maraqlıdır.

Xəbər xətti