“Neftçi” transfer çalışmalarını davam etdirir.
Baş məşqçi Roman Qriqarçukun heyətdə görmək istədiyi və hazırda danışıqların aparıldığı legionerlərdən birinin adı məlum olub.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu, Seku Qassamadır.
O, İspaniya nəhəngi “Barselona”nın akademiyasında futbolun sirlərini öyrənməyə başlayıb.
2007-ci ildə buradan ayrılıb və 2023-cü ilə kimi İspaniyanın müxtəlif klublarında top qovub.
Onların arasında “Malaqa”, “Rasinq”, “Almeriya”, “Valensiya-B”, “Vallidolid-B” kollektivləri yer alıb.
29 yaşlı forvard ötən ilin yayında Kiprin “Anortosis” klubuna keçib.
Burada son mövsüm keçirdiyi 28 matçda 9 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Seku “Seneqal”ın U-20 millisində də çıxış edib.
Hazırda azad agent olan afrikalının “ağ qaralar”a keçmək şansı yüksəkdir.
saytlarin hazirlanmasi