"Neftçi"nin yeni transferi üçün ödədiyi məbləğ bəlli oldu

16:18 - 3 İyul 2024

"Neftçi"nin Azərbaycan millisinin yarımmüdafiəçi Emil Səfərovun keçidi üçün ödədiyi məbləğ bəlli olub.

Sportal.az xəbər verir ki, “Transfermarkt” portalında bakılıların Səfərovun transfer üçün “Qəbələ”yə 200 min avro (təxminən 365 min manat) ödədiyi qeyd olunub. 

Xatırladaq ki, Səfərov “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.

“Qəbələ”nin yetirməsi olan Emillə “Qarabağ” da maraqlanırdı. 

Əlavə edək ki, "Neftçi"nin bu yay Emillə yanaşı transferini reallaşdırdığı digər futbolçu Edvin Kuçdur. 

Xəbər xətti