Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədov karyerasını yenidən Polşada davam etdirəcək.
Sportal.az “weszlo.com”a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Polşanın yüksək liqasında çıxış edən “Radomyak” klubu ilə müqavilənin bütün şərtlərini razılaşdırıb.
Tərəflərin 2 illik müqavilə imzaladığı bildirilir. Eyni zamanda, müdafiəçinin daha yaxşı maliyyə şərtləri ilə Azərbaycan klublarından təklifi var idi.
Lakin o, Polşada oynamağa davam etməyi seçib. O, bu ilin yanvarında “LKS Lodz”a keçib. Amma bu komanda aşağı liqaya düşdüyü üçünoradan ayrılıb.
saytlarin hazirlanmasi