Ukraynanın “Polesye” klubunun azərbaycanlı yarımmüdafiəçisi Emil Mustafayev yoldaşlıq görüşündə “Kudrovka-Niva” üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Sportal.az klubun rəsmi saytına danışan Mustafayev həmin görüşdə qol şanslarından istifadə edə bilməməsinə də aydınlıq gətirib:
"Bu, təlim-məşq toplanışında ilk oyunumuzdur. Bu oyunlar xeyrimizə işləyir.Düşünürəm ki, biz az-çox daha yaxşı görünürdük. Məşqçilər korpusu bizdən nə istəsə, onu da etdik. Hava şəraitinə gəlincə, məncə yağış istidən yaxşıdır. Belə şəraitdə oynamaq 40 dərəcədə istidə oynamaqdan daha uyğundur. Rəqib yaxşı görünürdü və bizimlə mübarizə aparırdı. Həm onların, həm də bizim hücumlarımız oldu. Matçın 70-ci dəqiqəsindən sonra gördük ki, onlar artıq yorulub və biz irəli qaçdıq. Mən qol vura bilərdim, amma təəssüf ki, texniki cəhətdən alınmadı".
saytlarin hazirlanmasi