"Qalatasaray"ın futbolçusu "Atalanta"da - RƏSMİ

16:55 - 5 İyul 2024

"Qalatasaray"ın futbolçusu Nikolo Zanyolo karyerasını ölkəsində davam etdirəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi italyan oyunçunu "Atalanta"ya icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Atalanta" 25 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün "sarı-qırmızılar"a 6,4 milyon avro icarə haqqı ödəyib. Müqavilədə satınalma bəndi də yer alıb. İtaliya klubu 15+2 milyon avro ödəyərək futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Qalatasaray" Nikolo Zanyolonu 2023-cü ilin yanvar ayında "Roma"dan transfer edib. İtaliya millisinin üzvü ötən mövsüm icarə əsasında "Aston Villa"da çıxış edib.

Xəbər xətti