Qriqorçuk rəhbərlikdən yeni transferlər istəyib - "Neftçi" 4 mövqeyə futbolçu gətirəcək

19:32 - 6 İyul 2024

Mövsümlərarası fasilədə yeni baş məşqçi ilə anlaşan "Neftçi" heyəti gücləndirmək üçün də addımlar atmağı planlaşdırır.

Sportal.az Sport24.az-a istinadən xəbər verir ki, Roman Qriqorçuk rəhbərlikdən 4 yeni transfer istəyib.

Ukraynakı mütəxəssis komandaya mərkəz və cinah müdafiəçisi, vinger və mərkəz hücumçusu lazım olduğunu rəsmilərin diqqətinə çatdırıb.

Qeyd edək ki, "ağ-qaralar" təlim-məşq toplanışı üşün iyulun 8-də Türkiyəyə, daha dəqiq desək, Ərzuruma yollanacaq.  

Xəbər xətti