Azərbaycan millisinin vingeri Mahir Emrelinin “Dinamo”dan ayrılacağı gözlənilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçunun Zaqreb klubundan ayrılığının yaxın günlərdə baş tutacağı ehtimal edilir.
Xorvatiyanın “Germanijak” portalı "Dinamo"nun Emrelini toplanışa aparmayacağını yazıb.
Belə ki, futbolçunun adı Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün siyahıya daxil edilməyib.
27 yaşlı futbolçunun "Dinamo" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi