Azərbaycanlı hücumçu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" "Topuk Yaylası"nda təlim-məşq toplanışına başlayıb.
Sportal.az "Kocaeli Şehir Gazetesi"nə istinadən xəbər verir ki, burada komanda iki yoldaşlıq oyunu keçirəcək.
İzmit təmsilçisinin ilk rəqibi Rumıniyanın "1599 Şelimbar" klubu olacaq. Qarşılaşma iyulun 12-də baş tutacaq.
"Kocaelispor" ikinci matçını iyulun 14 və ya 15-də keçirəcək. Lakin rəqib hələ müəyyənləşməyib.
İyulun 18-də Şeydayevin komandası yeni mövsümə hazırlıq prosesinin üçüncü mərhələsi üçün Geredəyə yollanacaq.
"Yaşıl-qaralar" 10 gün burada qalaraq üç sparrinq keçirəcək.
saytlarin hazirlanmasi