Yeni mövsümə "Neftçi"də başlamayacaq futbolçuların sırasına Lukas Melano da qoşulub. Sportal.az sportinfo.az-a istinadən xəbər verir ki, yeni baş məşqçi Roman Qriqarçuk belə qərar verib.
Təcrübəli mütəxəssis rəhbərlikdən onun göndərilməsini istəyib. Rəsmilər də artıq 31 yaşlı hücumçunu mövcud durumdan xəbərdar ediblər.
Ona özünə yeni klub tapması tapşırılıb. Argentinalı legioner ötən ilin sentyabr ayında "ağ qaralar"a transfer olunub.
Onunla 1+1 şərtilə müqavilə imzalanıb. Argentinanın U-20 millisinin sabiq üzvü "Neftçi" formasında keçirdiyi 12 matçda qol hesabını aça bilməyib.
saytlarin hazirlanmasi