"Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir “GE” portalına danışan müdafiəçi bakılıların yeni mövsüm üçün hədəflərini açıqlayıb:
“Biz titullar qazanmaq istəyirik. Zəngin ənənələrə və tarixə malik olan “Neftçi” kimi titullu komanda qələbə qazanmaya bilməz. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Təəssüf ki, bu il Avropa mövsümündən kənarda qaldıq. Son turda uğursuzluğa düçar olduq. Bizim kimi klub böyük yarışlarda iştirak etməlidir. Mən də mümkün qədər çox matçda oynamaq istəyirəm”. Fərdi olaraq mövsüm çox mənim üçün müsbət keçdi: 30-dan çox oyun keçirdim, 5 qol vurdum və 2 məhsuldar ötürmə verdim. Konfrans Liqasında yaxşı komandalara qarşı oynadıq: bir mərhələni keçdik, amma sonra Türkiyənin “Beşiktaş” klubuna uduzduq".
Matiasın sözlərinə görə, qarşıdakı mövsümdə ölkə çempionu “Qarabağ”la mübarizə aparmağa hazırdırlar: "Azərbaycan Premyer Liqasında çempionluq qazana bilmədik. Uzun illər ardıcıl çempion olan “Qarabağ” var və bu hegemonluğu bunun qabağını almaq çətindir. Amma yeni mövsümdə bunun üçün çalışacağıq. Ölkənin ən zəngin ənənəsi olan klub olduğu üçün komandamızı layiqli yerə aparmalıyıq. Klubun böyük hekayəsi var. Biz bunu nəzərə almalıyıq”.
Ölkəsindən kənarda çıxışını qeyd edən braziliyalı mərkəz müdafiəçisi son olaraq bunları söyləyib: “Səkkiz ildir ki, Braziliyadan kənarda oynayıram. Bu, çox yaxşı təcrübədir. Hər bir braziliyalı futbolçunun Avropada oynamaq arzusu var və mən buna çox tez nail oldum. Braziliya futbolunda çətinliklə oynadım, erkən ayrıldım və indiyə qədər yaxşı mövsümlər keçirdim. “ÇFR Kluj”la 2021/22 mövsümündə Rumıniya çempionu olmuşam, “Traktor”la İran kubokunun qalibi olmuşam, ona görə də karyeram artıq inkişaf edib. Mən buna çox şadam. Mənim bir arzum var: Braziliyada oynamaq və ailəmə yaxın olmaq. Hər şeyin öz vaxtı var. Hələlik hekayəmizi burada davam etdirək".
saytlarin hazirlanmasi