Roman Qriqorçukun "Neftçi"dəki köməkçiləri açıqlandı

16:37 - 8 İyul 2024

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

Sportal.az xəbər verir ki, litvalı Saulius Sekanaviçus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qruqorçukun köməkçilərindən olacaq.


Xəbər xətti