"Neftçi"nin qapıçısı İvan Brkiç komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, 29 yaşlı qolkiperin karyerasını Polşada davam etdirmək ehtimalı var. Bu barədə Polşa mətbuatı məlumat yayıb.
Xorvatiyalı "əlcək sahibi"nin "Motor Lublin" klubuna keçəcəyi iddia olunur. Artıq tərəflər arasında anlaşma əldə olunduğu bildirilir.
Qeyd edək ki, İvan Brkiç 2022-ci ilin yanvar ayından "Neftçi"də çıxış edir. Təcrübəli qapıçı "ağ-qaralar"ın heyətində 68 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi