"Borussiya" Almaniya millisinin üzvünü transfer etdi - RƏSMİ

21:50 - 8 İyul 2024

Almaniyanın "Borussiya" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi "Stuttqart"dan Valdemar Antonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-qaralar" Almaniya millisinin üzvü üçün onun klubuna 22,5 milyon avro təzminat ödəyib. 27 yaşlı mərkəz müdafiəçisi "Borussiya" ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Ştutqart" Valdemar Antonu 2020-ci ilin yayında "Hannover"dən transfer edib. Təcrübəli oyunçu ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti