Rusiyalı dərhal cavab vermədi, "Neftçi" imtina etdi

11:34 - 9 İyul 2024

"Neftçi" Rusiyanın "Spartak" klubunun sabiq müdafiəçisi Leon Klasseni heyətinə qatmağa yaxın olub.

Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar" Rusiyanın U-21 yığmasının sabiq üzvünə təklif göndərib.

Lakin futbolçudan dərhal cavab gəlməyib və o, düşünməyə qərar verib.

Buna görə də "Neftçi" rusiyalının transferindən vaz keçib. 

Leon başqa təklifləri nəzərdən keçirmək qərarına gəlib. 24 yaşlı futbolçu "Spartak"dan (Moskva) ayrıldıqdan sonra azad agent statusuna malikdir.

O, karyerası ərzində “Münhen 1860”, “Tirol” komandalarında oynayıb. Bununla yanaşı, Rusiyanın U-17, U-18, U-19 yığmalarında da forma geyinib.

Xəbər xətti