"Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ

22:36 - 9 İyul 2024

“Neftçi” PFK qapıçı İvan Brkiçlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bakı təmsilçisi 29 yaşlı xorvatiyalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunmuş Brkiç bu müddət ərzində “Neftçi”nin heyətində 68 oyun keçirib.


Xəbər xətti