"Mahir Emreli "Dinamo"ya uyğunlaşa bilmədi, "Legiya"da qalması isə mümkünsüz idi"

11:17 - 10 İyul 2024

Azərbaycan millisinin sabiq müdafiəçisi, vaxtı ilə Polşa və Türkiyədə legioner həyatı yaşamış Saşa Yunisoğlu Sportal.az saytına açıqlama verib.

O, millimizin futbolçusu Mahir Emrelinin “Dinamo”dakı gələcək taleyi və legioner həyatından danışıb.

Hazırda məşqçi kimi fəaliyyət göstərən Yunisoğlu Emrelinin Azərbaycana qayıtmasını istəmir:

"Mahir Emreli Azərbaycanın ən yaxşı və ən istedadlı futbolçularındandır. Düşünürəm ki, Mahir sadəcə “Dinamo”ya uyğunlaşa bilmədi. "Legiya"da qalsaydı, daha da uğurlu olardı. Amma məlum problemlərə görə, "Legiya"da qalması mümkünsüz idi. Ona görə də, məcburiyyətdən oradan ayrılaraq “Dinamo”ya keçdi. Mahirin “Dinamo”da qalıb-qalmayacağını bilmirəm. Ancaq qalmasa belə, şəxsən mən onun Azərbaycana qayıtmasını istəməzdim. Çünki onun potensialı Azərbaycan Premyer Liqasından yüksəkdir. Mən həm Mahirə, həm də legioner həyatı yaşayan oyunçularımıza uğurlar arzu edirəm".
 

Xəbər xətti