"Neftçi"nin veteran futbolçusu Slavko Georgiyevski Sportal.az saytına açıqlama verib.
Şimali makedoniyalı “ağ-qaralar”ın yeni baş məşqçisi Roman Qriqorçuk haqda danışıb. O, ukraynalı mütəxəssisin "Neftçi"ni yenidən iddialı duruma gətirəcəyinə inandığını dilə gətirib:
"Roman Qriqorçuku və "Neftçi"ni yeni təyinatla bağlı təbrik edirəm. O, Azərbaycanda uzun müddət əvvəl işləyib, yaxşı nəticələrlə yadda qalmışdı. Amma bunlar uzun illər əvvəl idi. İndi Azərbaycan futbolunda çox şey dəyişib. Ona görə də, indiki məqama yenidən baxmaq lazımdır. İstənilən halda, Qriqorçuka və "Neftçi"yə uğurlar arzulayıram. Onun yaxşı məşqçi olduğunu düşünürəm. "Qəbələ"dəki işləri yaxşı alınmışdı. Öz işi ilə yaxşı məşqçi olduğunu sübut edib. Amma "Neftçi" böyük klubdur. Bu klubda heç vaxt asan heç nə olmur".
Georgiyevski Romanın "Neftçi" üçün yaxşı heyət komplektləşdirməli olduğunu deyib:
"Öncə komandanı qurmaq, heyəti komplektləşdirmək lazımdır ki, sonra da Premyer Liqada çempionluğu qazanasan. "Neftçi" yalnız çempionluq uğrunda mübarizə aparmalıdır. Sonra isə Avropadakı turnirləri fikirləşmək olar. Hər halda, ev inşa edirsənsə, onun öncə birinci mərtəbəsini düşünməlisən, daha sonra növbəti mərtəbələrini. "Neftçi"yə uğurlar arzulayıram".
saytlarin hazirlanmasi