Azərbaycanlı futbolçunun komandası ÇL-in ilk matçında uduzdu

09:18 - 11 İyul 2024

Çempionlar Liqasında birinci təsnifat mərhələsinin matçları baş tutub. 

Sportal.az xəbər verir ki, Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” "Boraç"la qarşılaşıb.

Bosniya və Herseqovinada keçirilmiş matçda həmyerlimizin komandası uduzub. 

Zamiq bu oyuna start heyətində çıxıb və 90-cı dəqiqədə əvəzlənib. 

Albaniya klubu iyulun 17-də "Borats"ı qonaq edəcək.

Xəbər xətti