Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Seul"la qarşılaşıb.
Millimizin üzvününü komandası rəqibinə 1:2 uduzub.
Krivotsyuk meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 90+5-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
"Daejeon" 19 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi