"Qəbələ"nin hazırlıq planı bəlli oldu

12:34 - 11 İyul 2024

"Qəbələ"nin 2024/2025 mövsümü üçün hazırlıq planı bəlli olub. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə start verəcək.

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək.

Daha sonra komanda təlim-məşq toplanışına start verəcək.

Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Rəqiblər və qarşılaşmaların tarixləri hələlik məlum deyil.

Qeyd edək ki, "Qəbələ" yeni sezona Birinci Liqada başlayacaq. Yeni mövsüm sentyabrın 11-də başlayacaq.

Xəbər xətti