"Neftçi"nin rəqibləri bəlli oldu

15:44 - 11 İyul 2024

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi"nin yoldaşlıq matçında qarşılaşacağı rəqiblər bəlli olub.

Sportal.az kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisi ilk olaraq iyulun 13-də Türkiyə Super Liqa təmsilçisi "Alanyaspor"la qarşılaşacaq.

Növbəti yoxlama matçı isə iyulun 17-də "Sivasspor"a qarşı keçiriləcək.

İyulun 8-də Türkiyəyə yollanan paytaxt təmsilçisinin üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır. 

Xəbər xətti